İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Rusiyanın qaz müqaviləsinə görə onları sıxışdırmaq istədiyini düşünürlər

661 17.12.2018 10:41 Region A A

Rusiya və Ermənistan təbii qazın qiymətləri ilə bağlı yeni müqavilə məsələsində hələlik razılığa gələ bilməyiblər. Mövcud sazişin müddəti dekabrın 31-də bitir.

Qeyd olunur ki, Rusiya Ermənistana qazı hər min kub metrə görə 150 dollara satır. Lakin Ermənistanda təbii qazın əsas paylayıcısı sayılan “Qazprom Armeniya” həmin rəqəmin üstünə 62 dollar əlavə edərək əhaliyə satır. Əlavə dəyər vergisi ilə birlikdə təbii qazın hüquqi və fiziki şəxslər tərəfindən alınması orta hesabla hər min kub metrə görə 255 dollara başa gəlir.

Erməniləri narazı salan da elə budur. Paşinyan hökuməti sazişlə bağlı tariflərin dəyişməsi haqqında planı noyabrın 30da artıq təsdiq edib və Kremlin cavabını gözləyir.

Rusiya bu məsələdə heç də tələsənə oxşamır.

Erməni politoloqlar isə Kremlin hazırkı vəziyyətdən Ermənistanın indiki hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyini düşünürlər.

Siyasi ekspert Akop Badalyan yerli mətbuata verdiyi rəydə Rusiya tərəfinin Ermənistandan müəyyən güzəştlər etməsini gözlədiyini bildirib.

“Hazırda Rusiya-Ermənistan arasında münasibətlərin yenidən formatı baş verir. Əgər Rusiya qaz qiymətlərində güzəştə getməsə bu iki ölkə arasındakı əlaqələrə müəyyən aydınlıq gətirəcək. Ermənistan Rusiya ilə hansı məsələlərdə müttəfiqlik quracağını biləcək”, -deyə Akopyan iddia edir.

Akopyanın fikrincə, bu Ermənistana İranla daha ucuz qaz alınması ilə bağlı danışıqları bərpa etməyə imkan verəcək.
Ermənistanın Beynəlxalq məsələlər və təhlükəsizlik institunun eksperti Armen Vardanyan da Rusiya hakimiyyətinin qaz məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini düşünür.

“Buraya KTMT baş katibliyi və Ermənistanın bütün beynəlxalq sahələrdə Rusiya əleyhinə olan qətnamələri dəstəkləməmək kimi məsələləri aid etmək olar,”-deyə politoloq qeyd edib.

Erməni ekspert bütün hallarda rəsmi İrəvanın Rusiya əleyhinə hansısa hay-küylü bəyanat verməyəcəyini əmin olduğunu bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR