İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Paşinyanı öldürmək istəyir -  GİZLİ ŞƏKİLDƏ prezidentin kabinetinə köçdü -  Üzeyir Cəfərovla Elman Nəsirov CANLIda 

549 25.07.2023 11:32 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin iyun ayından ölkə prezidentinin İrəvanda, Baqramyan 26 ünvanındakı iqamətgahına köçərək iş yerini dəyişib.

“Report” bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hökumət binasında “növbəti təmir işləri” gedir. Halbuki 2019-cu ildə bina tamamilə təmir edilib, 124,5 milyon dram və ya təxminən 325 min ABŞ dolları xərclənib. Ötən ilin sonunda təxminən 16 milyon dram dəyərində lift quraşdırılıb, bahalı xalçalar və mərmər plitələr alınıb.

Məlumata görə, hökumət binasının istilik sisteminin təmirinə daha 17,5 milyon dram ayrılıb. Bütün bunlardan sonra yerli hakimiyyət yenidən təmir işlərinə başlamaq qərarına gəlib.

Lakin Paşinyanın iş yerini dəyişməsinin səbəbləri tam başqadır. “Göründüyü kimi, Nikol Paşinyan Baqramyan 26-da özünü tam təhlükəsiz hiss edir və onun yenidən bu binada məskunlaşmaq qərarına gəlməsi mümkündür”, - “Joqovurd” qəzeti yazır.

Baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları Paşinyana deyiblər ki, hökumət binası tez-tez keçirilən etiraz aksiyaların məkanına çox yaxındır və binaya daxil olmaq daha asandır. Ona görə də Paşinyan özünü Baqramyan küçəsi 26 ünvanında daha təhlükəsiz hiss edir.

“Amma bu vəziyyətdə prezident Vaaqn Xaçaturyan üçün narahatlıq yaranıb, çünki onun kabinetinə Nikol Paşinyan yerləşdirilib. Xaçaturyan özü isə başqa kabinetə gedib”, - qəzet vurğulayıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da millət vəkili Elman Nəsirovla hərbi ekspert Üzeyir Cəfərov müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR