20 noyabr tarixə Ağdamın azadlığı günü kimi düşdü. Bütün ölkə bu əlamətdar və möhtəşəm hadisəni qeyd etdi. Hazırda, Azərbaycan ordusu 27 ildən sonra Ağdamı təhvil götürüb. Dövlət orqanları orada dərhal quruculuq işləri başladıblar. Azərbaycan - Ermənistan - Rusiya rəhbərlərinin imzaladıqları Anlaşmaya əsasən,1 dekabr 2020-ci il tarixinə qədər Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verilməlidir.
15 noyabrda Kəlbəcəri təhvil verməli olan düşmən 10 gün əlavə vaxt istədi. Rusiya prezidenti V. Putinin şəxsi müraciətindən sonra, Azərbaycan bu vaxtı verdi.
İndi 25 noyabr Kəlbəcər üçün yeni təqvimdir.
Ermənistan yenə də təxribat edib, zaman istəyə bilərmi? Rusiya xarici işlər və müdafiə nazirləri İrəvanda olarkən xüsusi ilə vurğuladılar ki, bu Anlaşma dəqiq və hər hansı düzəlişlərsiz yerinə yetirilməlidir. Bu açıqlamalara arxayın ola bilərikmi? 25 noyabr tarixlərə Kəlbəcərin qayıdış günü kimi düşəcəkmi?
Rusiyanın bölgədə xüsusi fəallaşması müşahidə olunur. Bütün təşəbbüslər Moskvaya keçib. Bölgəyə ən nüfuzlu nazirlərini göndərir, humanitar yardımlar yollayır, gündəmi dəyişdirən açıqlamalar verilir... Rusiya xarici işlər və müdafiə nazirlərinin İrəvanda və Bakıda keçirdikləri görüşlər, verdikləri açıqlamalar necə oxunmalıdır? Bunların fonunda isə Türkiyənin bir qədər kölgədə qalmağa üstünlük verdiyini görürük. Bu, erməniləri 1 dekabra qədər qıcıqlandırmamaq taktikasıdır, yoxsa başqa nüanslar var?
Fransanın davranışları isə yenə də narahatlıq doğurur...
Narahatlıq doğuran bir məsələ də karonavirus pandemiyası ilə bağlıdır. Azərbaycanı da növbəti dəfə ağuşuna alan virus böyük bir təhdid yaradıb...
Bu və gündəmdəki digər məsələlərlə bağlı Azərbaycanın sabiq Baş naziri, AXP sədri Pənah Hüseynlə "Canlı debat" verilişində müzakirə aparılıb.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






