İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Ordusunun Füzuli rayonu ərazisində dağıtdığı evlərin FOTOLARI

7401 29.09.2020 14:55 Son xəbər A A

Xəbər verdiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanıb.

"Yeni Müsavat" Media Qrupunun Füzuli rayonuna ezam olunmuş reportyorları xəbər verirlər ki, hazırda bu istiqamətdə əks-hücum əməliyyatlarını davam etdirilir.

Sentyabrın 27-dən etibarən düşmən Füzuli istiqamətində kəndləri və fərdi yaşayış evlərini hədəfə alıb.

Nəticədə rayonun Zobucuq 3 qəsəbəsində 2, Zobucuq 2 qəsəbəsində 3, Şükürbəyli kəndində 1, Araytalı kəndində 2, Horadiz şəhərində 4 evə zərər dəyib.

İnsan tələfatı yoxdur, lakin 2 mülki şəxs xəsarət alıb.

Musavat.com ermənilərin hücumu nəticəsində ziyan dəymiş evlərin fotolarını təqdim edir.

İlkin Muradov,
Məhəmməd Türkmən,
Füzuli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR