İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər anlaşmanı pozmaq istəyir: mümkünmü? - politoloq Eldar Namazov "Canlı debat"da

3350 12.11.2020 13:30 Gündəm A A

 

Vətən müharibəsi davam edir. Atəşkəs və onun davamında baş verənlər yeni suallar yaradır. Türkiyə bu gün bir daha Azərbaycanda,konkret Qarabağda Rusiya ilə bərabər söz haqqına sahib olduğunu bəyan etdi. Bundan sonra nələr olacaq?

Kəlbəcərin boşaldılmasına 3 gün qaldı. Proses necə gedir? Dağlıq Qarabağ erməniləri tabe olmamaq, aranı qatmaq təşəbbüsləri göstərir. Bu təşəbbüslərin nəticələri olacaqmı? İrəvandakı aksiyalar nəyə hesablanıb, necə sonuclanacaq? Ermənilər anlaşmanı pozsa....nələr olacaq?

Daha bir məqam: Daşnak silahlı dəstələri Qarabağı tərk etmək istəmirlər. "Daşnaksütyun" partiyası nümayəndələrinin formalaşdırdığı könüllü dəstələr hələ də Qarabağda, öz mövqelərində qalmaqdadırlar. Partiyanın üzvü Geqam Manukyan deyib ki, Qarabağla bağlı razılaşmanı çox ağır hesab edirlər və əvvəlki yerlərində qalırlar. Məlumdur ki, tarixən daşnakların xaricdə güclü maliyyə dəstəkləri var və sülhü tanımamaq qərarı təkcə onların mövqeyi olmaya bilər. Razılaşmaya hər hansı silahlı əngəl olarsa, onların zərəsizləşdirilməsi necə olmalıdır? Çünki sonradan partizan dəstələri kimi Azərbaycanın mülkü əhalisinə, eləcə Rusiya və Türkiyə sühyaratma missiyasına hücumlar təşkil edə bilərlər.

Gündəm zəngin, müzakirəsini, cavabını gözləyən mövzular isə çoxdur. Bütün suallara bu gün politoloq Eldar Namazovla aydınlıq gətirəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.

Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR