İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni zabitin meyiti Suqovuşandan tapıldı - FOTO

1433 15.07.2021 20:02 Qarabağ xəbərləri A A

Ermənilərin “qəhrəman” kimi təbliğ etdikləri, qanunsuz silahlı birləşmələrin nümayəndəsi Artur Aqasyanın meyitinin qalıqları tapılıb.

Musavat.com bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, ikinci dərəcəli “Döyüş xaçı” medalı ilə təltif olunan Artur Aqasyan kiçik çavuş rütbəsində aprel döyüşlərinin də iştirakçısı olub və Talış kəndi istiqamətində döyüşüb. 2016-cı ilin mayında ona leytenant, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.

Məlumatda deyilir ki, Aqasyanın meyitinin qalıqları Suqovuşan istiqamətində aşkar edilib. Onu tanıtdıran qalıqların yanındakı bıçaq və telefon olub.

Erməni mediası bildirir ki, A.Aqasyanın qardaşı Arsen də son döyüşlərdə bu istiqamətdə məhv edilibmiş. Onun bir neçə ay əvvəl tapılan meyitinin qalıqları DNK analizindən sonra ailəsinə təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR