İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...

2278 15.10.2019 10:17 Yazarlar A A

Yazıdakı birinci şəklə diqqət edin. Bu, Ermənistan Respublikaçılar Partiyasının emblemidir. 2-cidəkinə - Nasist Almaniyasının gerbinə necə də bənzəyir, deyilmi? 

Təsadüfmü? Əlbəttə, yox. Ən azı o səbəbə ki, paytaxt İrəvanın mərkəzində faşist əlaltısı və cəlladı Qaregin Njdeyə abidə qoyanlar bu oxşarlığı bilməmiş olmazdılar. 

Məsələ də ondadır ki, Respublikaçılar Partiyasının hazırkı rəhbəri eks-prezident, ilyarım öncə kütlənin təzyiqi altında hakimiyyətdən zorla uzaqlaşdırılmış Serj Sərkisyandır. 

Yəni o hakimiyyətdə olanda da hakim partiya eyni simvolikanı daşıyıb. Yenə məhz onun dönəmində - təxminən iki il öncə Ermənistanın paytaxtında Qareginə qoyulan abidənin təntənəli açılışı olmuşdu... 

foto 1.jpg (400 KB)

Ancaq belə görünür ki, indi bu faşist əlaltısı, terrorçu təkcə Ermənistandakı “respublikaçılar” üçün deyil, bütövlükdə erməni toplumu üçün kumir qismindədir. 

Belə olmasaydı, heç olmasa, Rusiyadan – Ermənistanın 1 nömrəli müttəfiqi olan ölkədən səslənən rəsmi etirazlar ciddiyə alınar, abidə de-montaj edilərdi. 

Bu harasıdır, sən demə, Sərkisyanı devirən “məxməri” baş nazir, özünü demokrat sayan Nikol Paşinyan da faşizm pərəstişkarı imiş. 

Ötən həftə onun Aşqabadda, MDB dövlət başçılarının sammitində etdiyi çıxış buna şübhə yeri saxlamadı. Paşinyan açıq-aşkar faşist cəlladına qahmar çıxaraq, onun hərəkətlərinə haqq qazandırdı, hətta həyasızcasına Njdeni “Türk işğalı” ilə mübarizə aparan qəhrəman kimi təqdim etməyə çalışdı. 

Yada salaq ki, Aşqabad sammitində Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında həm də Rusiya rəsmi mənbələrinə istinadla Qaregin Njdenin kim olduğunu dəlil-sübutlarla ortaya qoymuş, həmçinin, Qareginin müharibə zamanı dediyi “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür!” sözlərini xatırladaraq, 2-ci Dünya Müharibəsində həlak olanların ruhuna həqarət olan bu abidənin tezliklə sökülməsinin vacibliyini bəyan eləmişdi, erməni xalqını öz üstündəki bu ləkəni silməyə çağırmışdı. 

foto 2.png (7 KB)

Amma ləkə, daha dəqiqi, ləkələr hələ qalır. Çünki yeni hakimiyyət, onun başçısı Nikol Paşinyan da Qaregin sevdalısıdır. Sərkisyanı görən gözü olmasa da, Paşinyan onun partiyasının emblemində əksini tapan “dəyərin”, yəni eyni məfkurənin daşıyıcısdır. Sərksiyanla o, bir bezin qırağıdır. 

Necə deyərlər, “İlanın ağına da lənət, qarasına da”. 

Beləcə, hakimiyyətlər dəyişsə də, işğalçı Ermənistanda faşizmə pərəstişin, ultramillətçiliyin dövlət səviyyəsində dəstəkləndiyi ortadadır. Əslində təəccüblü bir şey yox. İşğal və faşizm, işğal, etnik təmizləmə, terror və ksenofobiya – bunlar doğma, sinonim sözlərdir. 

Nəhayət, Xocalı soyqırımına görə əsla utanıb qızarmayan, üzr istəmək yadına belə düşməyən xəstə bir toplumun faşist qulduruna və terrorçusuna belə rəğbəti öz məntiqini itirməyən insanlarda gərək ki, məntiqsiz görünməsin... 

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR