İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni xaçı söksün, biz də qanunsuz kilsəni

932 13.08.2022 09:40 Dünya A A

Razi Nurullayev: “Ermənilərin azərbaycanlıya məxsus evi söküb yerində kilsə tikməsi qanunsuzluqdur, sökülməlidir”

İki gün öncə Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb. Görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqları aydın müşahidə edilir. Sözügedən video erməni teleqram kanallarında yayılıb. Bu videonun yayılması Azərbaycan üçün faktdır, çünki gələcəkdə ermənilərin öz kilsələrini özlərinin vandallığa məruz qoyması kimi təqdim olunacaq. Digər bir fakt isə odur ki, Laçında həmin kilsə işğala qədər mövcud olmayıb, heç bir tarixi əsası yoxdur və qanunsuz inşa edilib!

Bunu tanınmış jurnalist Taleh Şahsuvarlı üzə çıxarıb. O yazıb: “Ermənilərin işğal dövründə Laçında inşa etdikləri kilsə Qubad İbrahimov adlı laçınlının evinin yerindədir. Həmin soydaşımızın mülkiyyət hüququ bərpa olunmalı, kilsə sökülərək torpaq sahəsi vətəndaşımıza qayıtmalıdır. Həmin kilsədə heç bir rekonstruksiya işi aparmağa gərək yoxdur. Bünövrəsinəcən sökülməlidir!”

Beləliklə, kilsə qanunsuz inşa edilib və vətəndaşın evinin yerində tikilib. Sökülməsi üçün tam əsaslar var.

Razi Nurullayev: "Səhiyyə sistemimiz normal olsaydı..."

Razi Nurullayev

Millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Cenevrə konvensiyasına görə, işğal edilmiş ərazilərdə tikinti aparmaq, milliləşdirmək cinayət əməlidir: “Ermənilərin azərbaycanlıya məxsus evi söküb yerində kilsə tikməsi qanunsuzluqdur. O kilsə sökülməlidir. İşğala qədər orada kilsə olmayıb. Heç kim bununla bağlı Azərbaycana irad bildirə bilməz. İrad olarsa, qətiyyətli cavab veriləcək. Ermənilər müxtəlif yerlərdə kilsələr tikiblər ki, sonradan tarixi tikili kimi təqdim edə bilsinlər. Qarabağı erməniləşdirmək siyasəti baş tuta bilməz. Azərbaycan süni şəkildə yaradılmış erməni izlərini silməlidir və siləcək. Qarabağın tarixi simasını bərpa etməliyik”.

Laçını tərk edən ermənilərin vandallığı - VİDEO

Xatırlatmaq yerinə düşər ki, bu ilin mart ayında Avropa Parlamenti “Dağlıq Qarabağ”da “erməni mədəni irsinin Azərbaycan tərəfindən məhv edildiyi”ni əks etdirən qətnamə qəbul etmişdi. Millət vəkili belə qətnamələrin qəbul edilməsini haqsız hesab edir: “30 il ərzində Azərbaycana məxsus tarixi abidələr, evlər yerlə-yeksan edilib, Xirosimanı xatırladır hər yer. Nəyə görə buna fikir bildirməyiblər? Buna görə də onların nə dediyi bizim üçün o qədər maraqlı deyil. Haqsız qərarlara fikir verməməliyik. Haqsız qətnaməyə səs verənlər utanc hissi keçirməlidirlər. Səs verməyənlər isə etiraz etməlidirlər. Ukraynadakı hadisələr də məhz bu ikili standartlara görə baş verdi”.

Qeyd edək ki,10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən, Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizi avqustun 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Erməni əhalisi oranı tərk edib Ermənistana və ya Azərbaycan Respublikası Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarına köçmək istəyir. Sözügedən kilsə isə Surb Ambarsum erməni kilsəsidir ki, 1998-ci ildə “Tufenkyan” Fondunun (ABŞ) vəsaiti hesabına Ermənistanın Azərbaycan üzərində qələbəsinin şərəfinə tikilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR