İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxsin son vəziyyəti açıqlandı VİDEO

609 15.09.2022 12:52 Gündəm A A

Məlum olduğu kimi erməni təxribatı nəticəsində iki mülkü vətəndaşımız yaralanıb. Yaralılar Gəncə şəhərində xəstəxanalardan birinə yerləşdirilib. Əməkdaşlarımız onların son durumunu öyrənib.

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 147 yaşlı Asim Musayev Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 38 yaşlı Arzuman Orucov yaralanb. Arzuman Orucovun vəziyyəti qənətbəxş olduğundan evə buraxılıb. Asim Musayev isə özəl tibb müəssisələrdən birinə yerləşdirilib.

Hər iki şəxs Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olub. Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində
hər iki fakt hazırda araşdırılır.

İlham Məmmədov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR