İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spiker Bəhreyndə Azərbaycanı ittiham edib zaldan qaçdı, Musavat.com-un əməkdaşına "qanlı-qanlı" baxdı - ÖZƏL FOTOLAR

1863 12.03.2023 15:38 Gündəm A A

 

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında Ermənistan parlamebtinin sədri Alen Simonyan çıxış edərkən ənənəvi qaydada Azərbaycana ünvanlı şər-böhtanlarını səsləndirib.

Musavat.com-un Assambleyada iştirak edən əməkdaşı bildirir ki, Simonyan Azərbaycanı Ermənistana qarşı “təcavüz”də (?!-E.P.), Laçın “dəhliz”ini “bağlamaqda”, Qarabağdakı 120 min (?!-E.P.) ermənini blokada vəziyyətdə saxlamaqda, “humanitar fəlakət” yaratmaqda ittiham edib.

Qeyd edək ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edir. Azərbaycan parlamentinin sədrinin çıxış növbəsi yetişəndə Simonyanın cavabını kifayət qədər ciddi arqumentlərlə verəvəyi şübhəsizdir.

Qeyd edək ki, Simonyan sərsəm ittihamlarla dolu çıxışını başa vurandan sonra başının dəstəsi ilə birgə iclas zalını tərt edib. Görünür onu hansı cavabların gözlədiyini anlayıb. Zalı tərk edərkən Misavat.com-un əməkdaşının obyektivinə tuş gələn erməni spikerin “qanlı-qanlı” baxması fotoda da əksini tapıb.

A.Simonyanın əsassız və cəfəng ittihamları ilə bağlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi, sabiq deputat, akademik Asəf Hacıyev Musavat.com-un suallarını cavablandırdı və erməni spikerin yalanlarını aıt-üst etdi. Baş katiblə danışdığımız zaman erməni sədr də kənardan bizi oğrun-oğrun müşahidə edirdi.

A.Hacıyevlə video-müsahibəni az sonra ayrıca təqdim edəcəyik.

Elşad Paşasoy,
Musavat.com
Bəhreyn

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR