İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni silahlıları Qarabağda hələ qalır: "Dəmir yumruq" işə düşə bilər - Elxan Şükürlü ilə "Canlı debat"

2804 11.12.2020 13:57 Gündəm A A

Zəfər və Şərəf günlərimiz davam edir. Vətən savaşımızın həlledici günlərini yaşayırıq.

Ermənistan ordusu Qarabağdan tam çıxıbmı sualına cavab verən yoxdur. Qondarma "DQR” “prezidenti” isə yeni hökumət formalaşdırır. Rəsmi Bakının bunlara reaksiyası necədir, yaxud necə olmalıdır? Savaş canisi Araik Arurtyunyan sanki qəsdən Azərbaycanın əsəblərilə oynayır, imzalanan üçlü bəyannaməyə hörmətsizlik edir, təxribat törədir. Proses hara qədər davam edəcək?

İlham Əliyev Zəfər Paradında Göyçə, Zəngəzur, İrəvanın Azərbaycanın tarixi torpaqları olmasını deməklə Ermənistanı ciddi təşvişə salıb.
Bu tezis Azərbaycanın növbəti hədəflərinin anonsu sayıla bilərmi?

Türkiyə prezidenti Bakıda səfərdə olarkən, imzalanan sənədlərdən biri də Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu oldu. Bu sənədi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzaladılar. Bu memorandumun iki ölkənin informasiya məkanlarının və media resurslarının ortaqlığı baxımdan əhəmiyyəti nə ola bilər?

Tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko isə deyib ki, acınacaqlı hərbi məğlubiyyətdən sonra revanş hiss ilə alışıb yanan ermənilər Türkiyə və Azərbaycana, o sırada ölkəmizdəki Türk hərbçilərinə qarşı terror aktları həyata keçirə bilərlər. Artıq erməni tərəfində, sosial şəbəkələrin erməni seqmentində buna açıq çağırışlar edilir. Azərbaycan və Türkiyə bu təhlükədən dolayı hansı ön tədbirlər almalıdır? Ermənistanın terror etmək, qisas almaq heyi qalıbmı?

Minsk Qrupunun həmsədrləri sabah bölgəyə gəlir – 44 günlük müharibədən sonra ilk dəfə. Onlar Bakı və İrəvana səfər edəcəklər. Bundan sonra onlardan Azərbaycana hansısa xeyir gözləməyə dəyərmi? Onlar burada nə itiriblər və Minsk Qrupu nədən özünü buraxmır? Separatçıların “sözçüsü” David Babayan həmsədrlərin “arsaxa da gələcəyinə” ümid etdiyini bildirib. Şübhəsiz ki, bununla Xankəndidə qalmış 1-2 separatçı-quldur özünə təzədən hansısa legitimlik qazandırmaq məqsədi güdür. Hərçənd marşrut kimi Bakı və İrəvan seçiliib.
Yada salaq ki, müharibəyədək onlar adətən Xankəndinə də baş çəkirdilər. Özü də Ermənistandan “Laçın koridoru”ndan keçməklə. Tutaq ki, bu dəfə də onların belə təxribatçı istəyi yaransa Bakı onlara izn verəcəkmi Xankəndinə getməyə, əgər Dağlıq Qarabağ konflikti artıq mövcud deyilsə?

Azərbaycan rəsmilərinin İrana səfərlərində niyə hər dəfə bayraq ÇP-si yaşanır? Sonuncu belə hadisə Ceyhun Bayramovun İrana səfəri zamanı baş verdi. Bəlkə rəsmilərimiz o ölkəyə gedəndə özlərilə bayraq aparsınlar?

Bu və digər sualları hazırda strateq.az saytının rəhbəri Elxan Şükürlü ilə müzakirə edilib.  

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR