İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİ SAYTI QARABAĞ ERMƏNİLƏRİNİN ACINACAQLI HƏYATI HAQDA YAZIR

3680 10.01.2012 09:27 KİVDF layihələri A A
Müəllif Naira Ayrumyan yazır ki, Dağlıq Qarabağda mövcud olan üsul-idarəçilik formasına politoloqlar hələ ad tapa bilməyib. İlk baxışdan sistemi “sosial avtoritarizm” adlandırmaq olar, ancaq sosial siyasət spontan xarakter daşıyır və daha çox yaşamaq uğrunda mübarizə ilə müşayiət olunur. “Qarabağda həqiqətən müxalifət mövcud deyil. Baxmayaraq ki, yarım il sonra orada ”prezident seçkiləri" olacaq. Hələ Bako Saakyana alternativ ola biləcək namizəd yoxdur. Qarabağdakı siyasi proseslərin Ermənistana bağlı olduğu aydındır. Ancaq mart ayında Ermənistanda parlament seçkilərində keçmiş prezident Robert Köçəryana loyal qüvvələr əhəmiyyətli yer əldə etsələr belə bunun Qarabağa birbaşa təsiri çətin olacaq. Çoxları hesab edir ki, Bako Saakyan ikinci müddətə seçiləcək. Onu “qurucu Bako” kimi tanıdırlar, Qarabağda yeni tikintilər tez-tez reklam olunur. Həmçinin o, Qarabağın statusu məsələsində kifayət qədər aydın mövqe bildirib. Bununla belə, istisna deyil ki, “baş nazir” Ara Arutyunyan ona alternativ ola bilər. Qarabağda bütün iri biznesin onun nəzarətində olduğu deyilir, Arutyunyan tez-tez iqtisadi artım haqda danışır. Lakin Ermənistanın Qarabağın büdcəsinə köçürdüyü pullar da ilbəil artır“.
Daha sonra məqalədə Ermənistan prezidenti S.Sərkisyanın bugünlərdə Qarabağa səfəri zamanı Arutyunyanın yeni layihəsi olan bioyanacaqla qızdırılan qazanxanalara baş çəkdiyi deyilir: “Hansı ki, Sərkisyan xeyli baxsa da adi odunla qızdırılan qazanxananın bioyanacaqla qızdırılan qazanxanadan fərqini başa düşə bilmədi. Çünki bioyanacağa kimi preslənmiş taxta ovuntuları istifadə olunurdu. Qarabağdan çıxarılan daş kömürü isə nəyə görəsə Ermənistana, Razdan İES-ə daşıyırlar”.
Müəllif yazır ki, Qarabağdakı bahalıq dünyanın heç yerində yoxdur. Ermənistandan gətirilən mallar orada ikiqat baha satılır, xüsusən ərzaq malları olduqca bahadır. Əhalinin aldığı maaşlar ancaq ərzağa bəs edir, iqtisadiyyat, idxal bir ovuc adamın əlindədir. Monopolislər öz bankları vasitəsilə əhalinin əksər hissəsini borca oturdublar. “İnsanlara deyirlər ki, çörək və kolbasa varsa, deməli, bəsdir. Qərarların necə qəbul edildiyini, əhalinin mövqeyinin niyə hesaba alınmadığını heç kim soruşa bilməz. Soruşsa dərhal onu müharibə vəziyyətində olan ”ölkəni" parçalamaq cəhdində ittiham edərlər" deyə erməni müəllif yazır.
Məqalədə deyilir ki, Qarabağda əhalinin “bir günlük sosializmdə” y ətlə qane olurlar.aşadığı haqda deyim formalaşıb. Çünki heç kimin gələcəyinə ümidi yoxdur, əhali hər an müharibənin başlaya biləcəyi xofu altında yaşayır. Müəllif yazır ki, nə Ermənistanı, nə də erməni diasporunu Qarabağın gələcəyi düşündürmür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR