İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqladan SENSASİON iddia: “Azərbaycan genişmiqyaslı hərbi əməliyyat üçün fürsət gözləyir”

1366 14.02.2024 12:56 Siyasət A A


Azərbaycan Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün yalnız fürsət gözləyir.

 Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu iddianı erməni politoloq Andreas Qukasyan irəli sürüb.

 Erməni ekspertin iddiasına görə Azərbaycanın Ermənistana yeni hücuma hazırlaşdığı göz qabağındadır, Quksayanın fikrincə, gələcəkdə də bu, davam edəcək:

“Bu il həm Avropada, həm də ABŞ-da seçkilər olacaq və dünya ictimaiyyətinin bütün diqqəti onlara yönələcək. Azərbaycan bu məqamdan öz məqsədləri üçün istifadə edərək genişmiqyaslı müharibəyə başlamağa çalışacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan soyadını dəyişsə belə, bu, vəziyyəti dəyişməyəcək”, - deyə Qukasyan qeyd edib.

Onun bildirdiyinə əsasən, rəsmi Bakı İrəvana “sülh” adlanan müqavilə bağlamaq üçün getdikcə daha çox yeni şərtlər irəli sürür. Bu şərtlərdən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbidir.

“Nikol Paşinyanın timsalında iqtidar Ermənistanın dövlətsizləşdirilməsi ilə məşğuldur. Baş nazir bu proqramı həyata keçirərkən ölkənin İstiqlal Bəyannaməsində öz əksini tapmış milli dəyərlərdən imtina yolu ilə gedir. Söhbət ilk növbədə Ermənistan Konstitusiyasının preambulasından (həmin preambulada Qarabağın işğalı ilə, habelə Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar yer alıb-red.), Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsindən gedir. Paşinyan Ağrı dağını Ermənistanın gerbindən çıxarmaqla ermənilərə “tarixi yaddaşı”  unutdurmağa çalışır. Paşinyanın sözlərinə görə, bu dağ Türkiyə ərazisində yerləşdiyi üçün erməni dağı deyil. O həmçinin Ermənistanın sadəcə 29,8 min kv.km-lik ərazidə qalmasını istəyir. Bütün bu hərəkətlər erməni apostol kilsəsinə hücumlar və diasporla əlaqələrin kəsilməsi ilə müşayiət olunur”, - deyə Qukasyan bildirib.

Qukasanın sözlərinə görə, İrəvanın bu addımları Ankaranın, Bakının və Moskvanın siyasətinin tərkib hissəsidir. Onun iddiasına görə, “Türkiyə Ermənistana qarşı proqramlar hazırlayır, Azərbaycan onları həyata keçirir, Rusiya isə bunları rəsmiləşdirir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR