İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan ŞOK: “Qərb Türkiyənin xeyir-duası ilə bunu edəcək”

2279 11.01.2023 16:35 Region A A

“Qərb zənn edir ki, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münaqişələri olmasa, Rusiyanın regiona təsir imkanları azala bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın minimum planı Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək, maksimum planı Moskvanı regiondan sıxışdırıb çıxarmaqdan ibarətdir.

“Qərb də görür ki, indiki hakimiyyət birtərəfli güzəştlərə getməyə hazırdır, halbuki əvvəlki iqtidarlarda vəziyyət belə deyildi”, - ekspert qeyd edib.

Erməni ekspertin fikrincə, Qərb bu gün bu planların həyata keçirilməsi üçün yaxşı imkanların yarandığını yaxşı görür: “Erməni soyqırımının (qondarma - red.) beynəlxalq səviyyədə tanınması məsələsi artıq Ermənistanın xarici siyasət gündəmində deyil və bir çox dövlətlərdə Ermənistan səfirləri bu məsələyə həsr olunmuş tədbirlərə qatılmırlar”.

“ABŞ üçün Qarabağ məsələsinin hansı şəkildə həll olunmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, hər hansı bir həll yolu olmalıdır və Rusiyanın təsir imkanları zəifləməlidir. Bölgə həm də İran və Türkiyə ilə qonşudur. Rusiyanın geri çəkiləcəyi təqdirdə Qərb Türkiyənin himayəsi və xeyir-duası ilə bölgəyə girəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da bu məntiqə uyğundur. Bununla yanaşı, Rusiya xüsusilə sanksiyalar kontekstində çətin vəziyyətə düşüb”, - deyə Suren Sarkisyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR