İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan etiraf: "Azərbaycan-Ermənistan sərhədinin faktiki demarkasiyası prosesi gedir"

740 10.04.2023 13:08 Region A A


“Hazırda faktiki olaraq Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesi gedir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, erməni politoloq Vigen Akopyan sərhədin müxtəlif hissələrində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin irəliləməsini bu cür qiymətləndirib.

“Təəssüf ki, bu prosesin (mövqelərin irəliləməsi) qarşılıqlı razılaşma çərçivəsində getdiyini söyləmək üçün bütün əsaslar var.  Təbii ki, bəzi təbliğat xarakterli fikirlər səsləndirilə bilər. Lakin 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verənlər  sərhədin faktiki demarkasiyasını göstərir",- deyə Akopyan bildirib.

Onun söylədiyinə görə, Tex kəndi yaxınlığında yaranmış vəziyyət məhz bu faktiki demarkasiyanın nəticəsidir. Akopyan Ermənistan tərəfinin ərazi güzəştləri ilə bağlı konkret razılaşmaların mümkünlüyünü istisna etməyib və Azərbaycanın Ermənistanın 29 min kvadrat km-lik ərazisinə iddia etdiyini söyləyib.

Akopyanın fikrincə, Azərbaycan tərəfi indi  yeni taktika seçib. Əgər əvvəllər ərazilər hərbi əməliyyatlarla ələ keçirilirdisə, indi beynəlxalq ictimaiyyətə hiss etdirmədən, 100-300 metr irəliləməyə üstünlük verir. Lakin hər dəfə “səhv edərək” 100, 200, 300 metr dərinliyə gedəndə Azərbaycan tərəfi orada möhkəmlənir və daha bu ərazini tərk etmir. “Beləliklə, yüksəklikləri ələ keçirməklə onlar taktiki üstünlük əldə edirlər. Bu taktika dünyanın güc mərkəzlərinə də sərf edir”,-deyə Vigen Akopyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR