İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Paşinyan türklərə göstərmək istəyir ki...”

1421 12.12.2022 17:21 Gündəm A A

“Tanınmış bir adam ona türk deyəndə incimədiyini bəyan edirsə, anlamaq lazımdır ki, bu sözlər kimə ünvanlanıb və niyə belə edir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan feysbuk səhifəsində yazıb.

“Beləliklə, o, türklərə göstərir ki, Ermənistanda onlara qarşı mənfi münasibət var və onlar üçün Paşinyan danışıqlar apara biləcəkləri ən yaxşı tərəfdaşdır. Buna görə də ona erməni cəmiyyəti üçün qəbuledilməz, qeyri-real tələblər irəli sürmək olmaz. Çünki əks təqdirdə revanşistlər hakimiyyətə gələ bilər. O, ruslarla da eyni şeyi edir. Əvvəlcə anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırır, ruslara onlar üçün ən yaxşı tərəfdaş olduğunu, əks halda hakimiyyətə “alovlu” rusofobların gələcəyini söyləyir. Ədalət naminə demək lazımdır ki, əvvəlki hakimiyyət orqanları da bu texnologiyadan, lakin müqayisə olunmayacaq dərəcədə zəif dozalarda, öz imkanları daxilində istifadə edib”, - deyə S.Danielyan qeyd edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR