İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Hazırda bütün danışıqlar inteqrasiya və ya reinteqrasiya üzərində gedir”

753 26.07.2023 13:33 Region A A

“Vaşinqton, Moskva, Brüssel platformalarında Ermənistan tərəfi üçün ağrılı, “Dağlıq Qarabağın” (separatçı, oyuncaq rejimin-red.) hər hansı subyektivliyini şübhə altına alan ifadələr yer alıb”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Telegram kanalında yazıb.

“Əslində, bunlar Bakının inteqrasiyası və ya reinteqrasiya gündəliyi ilə bağlı gedən danışıqlardır. Qərb və Rusiya platformaları arasında fərq ondadır ki, Moskva “Dağlıq Qarabağ” (qondarma-red.) üçün ən azı Rusiyanın sülhməramlı missiyasının mövcudluğuna imkan verəcək post-konflikt konfiqurasiyasını təklif edir. Qərbin təklif etdiyi “beynəlxalq zəmanətlər” isə hər hansı məzmun və mexanizmlərdən məhrumdur.
Beləliklə biz (ermənilər-red.) pis və ən pis ssenari arasında çətin seçim qarşısındayıq”, - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR