İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Ermənilərin başına gələn hər şeyin günahkarı indiki hakimiyyətdir” 

713 17.08.2023 22:40 Region A A

 

“Mənfi prosesin (Ermənistan üçün-red.) səbəblərini başa düşmədikcə, nəticələr həmişə acınacaqlı olacaq”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Arman Abovyan öz Telegram kanalında yazıb.

O, Ermənistanın başına gələn hər şeydə Paşinyan iqtidarını suçlayıb.

“Dünya bizi tərk etdi” deyə qışqırıb-bağırmazdan əvvəl gəlin bir şeyə baxaq.

Erməniləri ən mənfi ssenariyə kim aparıb? Cavab indiki Ermənistan hakimiyyətidir.

Qarabağı vermək bahasına Ermənistanın təhlükəsizliyini “almağın” mümkün olduğuna kim qərar verdi? Cavab indiki Ermənistan hakimiyyətidir.

Kim Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı və bununla da Azərbaycanın Qarabağ erməniləri ilə istədiyini etmək hüququnu qanuniləşdirdi? Cavab indiki Ermənistan hakimiyyətidir.

Kim Ermənistanın dövlət və milli maraqlarından imtina edib, bunun müqabilində “sülh” əldə edəcəyini, əslində isə savaşı Ermənistan ərazisinə gətirib? Cavab indiki Ermənistan hakimiyyətidir.

Və bundan sonra “dünya ictimaiyyəti”nin özünü məhv etməyə razılaşan erməniləri xilas edəcəyinə hələ də ümidlər varmı?-deyə Abovyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR