Erməni politoloq: “Azərbaycan və Ermənistan Rusiya üçün siam əkizləridir”
“Azərbaycan və Ermənistan Rusiya üçün siam əkizləri kimidir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistana doğru hansısa addımlar atanda Azərbaycanı nəzərə almaya bilmir. “Əgər Moskvanın başı Ermənistana qarışırsa, o zaman mütləq Azərbaycan tərəfə də baxmalıdır və əksinə”, - deyə o bildirib.
Jurnalistlərin “Ermənistanın Gömrük İttifaqına üzvlüyü, Sergey Lavrovun İrəvana səfəri kontekstində Qarabağ məsələsi ətrafında situasiyanın dəyişməsi mümkündürmü” sualına cavabında erməni politoloq nikbin olmadığını və bu proseslərin münaqişənin həllinə hər hansı təsirini gözləmədiyini söyləyib. “Mən bu proseslərin situasiyanın dəyişəcəyi ilə bağlı heç bir perspektiv görmürəm”, - deyə o vurğulayıb.
Musavat. com






