İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni “ombudsman”dan  Qarabağa yüklərin Ağdam vasitəsilə daşınmasına təhqiredici reaksiya  

1199 17.07.2023 16:15 Region A A


Bu gün BMT-nin İrəvandakı ofisi qarşısında ermənilərin etiraz aksiyası keçirilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı, Azərbaycana qarşı qatı düşmənçiliyi ilə seçilən keçmiş Bakı ermənisi Larisa Alaverdyan həmin aksiyada iştirak edib.

Alaverdiyanın sözlərinə görə,  Paşinyan iqtidarı təkcə münaqişə tərəfi kimi deyil, həm də danışıqlar tərəfi olaraq Qarabağ məsələsi ilə məşğul olmaqdan imtina edib.

“Xatırladıram ki, bütün bu illər ərzində Ermənistan Minsk Qrupu çərçivəsində danışıqlar prosesində tərəf kimi iştirak edib. İndi Ermənistan bundan imtina edir, üstəlik, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. İndi Şarl Mişel kimi əxlaqsızlar Ağdamdan keçən yolu açmağa hazır olduqlarını bildirirlər. Deyim ki, Avropa bir vaxtlar müstəmləkəçi olub və öz müstəmləkələrinin sakinlərinə qul kimi yanaşıb. Eyni Mişel bu gün keçmiş qullar tərəfindən blokadaya düşə bilər və mən onun humanitar yardımı necə alacağını görəcəyəm. Bu gün biz parça-parça deyilik, bu gün hakimiyyət qanunsuz olaraq hakimiyyəti əlində saxlayır. Ermənilərin bir hissəsi bunun təkcə Qarabağa deyil, həm də Ermənistan dövlətçiliyinə qarşı olduğunu başa düşərək mübarizəni davam etdirir”, - deyə revanşist “insan hüquqları müvəkkili” bildirib.

Larisa Alaverdyanın sözlərinə görə, Ağdam üzərindən humanitar dəhlizin verilməsini təklif edənlər, Qarabağın təkcə Azərbaycana aid olduğunu deyil, həm də onun ayrılmaz tərkib hissəsi olduğunu bildirmək istəyirlər. O, bunu deyənləri “əclaf” adlandırıb.

Göründüyü kimi Ermənistanda vaxtilə “insan hüquqları”nın qorunması ilə məşğul olan bu hikkəli qadın üçün Qarabağ ermənilərinin humanitar vəziyyəti əsla maraqlandırmır. İnsan haqlarını düşünən birisi üçün yardımların haradan və necə gəldiyi əslində, əsas olmamalıdır. Lakin Larisa Alaverdiyan kimilərə oradakı ermənilərin iqtisadi vəziyyəti yox, Azərbaycan və onun vətəndaşları ilə daimi düşmənçilik lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR