İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni nazir YUNESKO-ya müraciət edib ki, Tahir Əmiraslanov ermənilərin düşməni və rasistdir” - VİDEO

1917 13.12.2019 18:19 Müsahibə A A

“Dolma ilə bağlı YUNESKO-ya Ermənistanın mədəniyyət naziri müraciət etmişdi ki, Tahir Əmiraslanovun adı fayllardan çıxarılsın”. 

Bu sözləri Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov “Yeni Müsavat” studiyasında, qonaq olduğu “Müzakirə masası” proqramında səsləndirib. 

O, bildirib ki, hazırladıqları son kitabda 381 dolma növü araşdırılıb təqdim olunub: Mən 10 il öncə Azərbaycanın 30 dolma növünün olmasını yazırdım. Ancaq tədqiqatlar getdikcə, dolmaların necə çoxçeşidli olduğunu gördük və 381 resept topladıq. Daha sonra onlardan bir neçəsinin patentini aldıq. Bu dünyada ilk praktika idi. Dolmaları regionlara ayıraraq patentləşdirdik. 26 milli mətbəxə aid dövlət poçt markası buraxılıb və onların 5-i bizim dolmalara aiddir. Sonuncu dolma ilə bağlı poçt markasını Dünya Kulinariya Birliyinin prezidenti Tomas Quqlerə imzalatdıq. Quqlerin I vitse-prezidenti Mehriban Əliyevaya yazdığı məktuba görə, dolmalar haqqında məlumat 70-100 milyon insana çatdırıldı. Eyni zamanda biz YUNESKO-ya da müraciət etmişdik. Lavaş YUNESKO-dan geri qaytarılandan və türk xalqlarının malı elan olunandan sonra ermənilər başa düşdülər ki, bunun üzərində elmi əsaslarla işləyənlər var. Biz qarşı müəyyən hərəkat başladı. Dolma ilə bağlı YUNESKO-ya Ermənistanın mədəniyyət naziri müraciət etmişdi ki, Tahir Əmiraslanovun adı fayllardan çıxarılsın. “Çünki bu adam Ermənistanın düşməni və rasistdir. Sonradan “Sputnik Armenia”da Ermənistanın mədəniyyət nazirinin müavini bu barədə danışdı. Halbuki biz göndərdiyimiz mənbələr daha çox erməni alimlərinin sözlərinə əsaslanırdı...”

Verilişi daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Nərgiz LİFTİYEVA,
Məğrur SALMANOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR