İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir Rusiya telekanallarının Ermənistandakı yayımının yasaqlanacağını istisna etmədi

480 18.03.2024 14:50 Region A A

Peyklərdən çəkilmiş fotolar uzun müddətdir ki, Ermənistanda müxtəlif idarələrə xidmət edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan tərəfindən səslənib.

Ermənistanda yayımlanan Rusiya telekanallarının fəaliyyətinə gəlincə, Ayrapetyan bildirib ki, rəsmi İrəvanın hökumətinin bununla bağlı öz baxışları və qərarları var:

"Yaxın vaxtlarda ikitərəfli dövlətlərarası sazişdə nəzərdə tutulduğu kimi, Moskvada məsləhətləşmələr keçiriləcək və bu məsləhətləşmələr zamanı Ermənistan tərəfi həll yolları ilə bağlı öz təkliflərini təqdim edəcək".

Onun sözlərinə görə, məsələ ilə bağlı qəbul ediləcək qərarlar həm sazişin bütün məntiqinə, həm də Ermənistanın dövlət maraqlarına əsaslanır. Erməni nazir Rusiyadan Ermənistanın daxili işlərinə qarışan və ya dövlət rəmzlərini təhqir edən verilişlərin yayılmaması ilə bağlı tələb irəli sürəcəklərin istisna etməyib.

Danışıqlar zamanı sözügedən telekanalların ictimai multipleksdən çıxarılması məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala isə Ayrapetyn qəti cavab verməkdən çəkindiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR