“Dünya bankının qiymətləndirməsinə görə, keçmiş SSRİ ölkələri arasında Ermənistan işsizlərin sayına görə birinci yeri tutur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının deputatı, müxalifətdəki “Ermənistan” blokunun nümayəndəsi Artur Xaçatryan bəyan edib.
Onun sözlərinə görə, hazırda Ermənistanda işsiz ordusunun sayı 20,21%-i ötür.
Erməni siyasətçi ikinci sırada 12,05%%-lə Gürcüstanın gəldiyini qeyd edib.
“Əgər biz işsizliyə görə ilk sırada yer almışıqsa, o zaman nəyə görə hökumət iqtisadi vəziyyətin düzəlməsindən danışır”,- deyə Artur Xaçatryan sual edib.
Musavat.com






