“Nikol Paşinyan iqtidarı 3-cü prezident Serj Sərkisyana toxunmayacaq”.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözlər müxalif siyasətçi, prezidentliyə keçmiş namizəd Andreas Qukasyana məxsusdur.
Onun sözlərinə görə, antikorrupsiya mübarizəsi hazırda borcların qapanmasına doğru yönəlib və onun böyük hissəsi keçmiş prezident Robert Köçəryandan, habelə onun tərəfdarlarından qoparılacaq pullara bağlıdır.
“Görünür, Serj Sərkisyan da hakimiyyətə dinc yolla nələrisə ötürüb. Lakin dövlət borcları istənilən halda bağlanmalıdır”, - deyə A. Qukasyan bildirib.
Bu arada Ermənistan Milli Təhülkəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanın bu gün Robert Köçəryan və oğlu Sedrak haqqında söylədikləri maraq doğurub.
A. Vanesyan MTX-də hələ R.Köçəryanın zamanında çalşdığını və onun Qarabağ erməniləri (separatçıları-red.) üçün müsbət işlər gördüyünü söyləyib. Erməni rəsmisi bu səbəbdən Köçəryanlar ailəsi ilə bağlı şəxsi probleminin olmadığını vurğulayıb.
Musavat.com






