Erməni millətçiləri Qarabağın müstəqilliyi ideyasından imtina etdi
"Bu günə qədər təkcə Ermənistan yox, elə Dağlıq Qarabağın özü də “Dağlıq Qarabağ Respublikası”nın İrəvan tərəfindən rəsmən tanınmasına hazır deyil".
Virtualaz.org bildirir ki, bunu noyabrın 21-də millətçi “İrs” partiyasının lideri Raffi Ovannisyan “Novosti Armenii” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, “DQR” bu tanınmaya hazır olmalıdır: “Nə qədər ki, Ermənistanda legitim hakimiyyət, yeni hüquqi qaydalar yoxdur, şəxsən mən və “İrs” partiyası bu məsələni qaldırmayacağıq”.
Yeri gəlmişkən, Ermənistan parlamentindəki digər qüvvələr dəfələrlə vurğulayıblar ki, “İrs”in “DQR”-in tanınması barədə təşəbbüsü vaxtından əvvəl irəli sürülüb və bu, onların fikrincə, sülh danışıqlarına mane olur.






