İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni məmur: “Kut kəndində heç nə dəyişməyib, azərbaycanlılar buranı öz əraziləri sayırlar”

1390 26.06.2021 16:08 Region A A

“Seçkilərdən sonra sərhəddə heç nə dəyişməyib. Azərbaycanlılar yenə də Kut təpələrindəki mövqelərində qalıblar”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Geqarkunik vilayətinin Kut (Zərkənd-red.) kəndinin icra nümayəndəsi Sima Çiçyan deyib.

“Bunlar (Azərbaycan əsgərləri-red.) deyirlər ki, buralar bizim ərazilərdir”,-deyə S.Çiçyan “Yerkir.am” saytına verdiyi müsahibəsində söyləyib.

Erməni məmurun sözlərinə görə, seçkilərdən sonra Azərbaycan əsgərlərinin gedəcəyinə hələ də ümid qalıb. “Gözləyirik ki, gələcəklər, sərhədləri dəqiqləşdirəcəklər, biz də ot biçiminə başlayacağıq. Bilimirəm bu həqiqətə nə qədər yaxındır, amma hələ də ümid edirik”,-deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR