İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİ KİLSƏSİ İBADƏTƏ AÇILACAQMI?

Səfirin bu açıqlaması Azərbaycanda birmənalı qarşılanmayıb. Ziyalıların fikrincə, hazırda azərbaycanlılara məxsus Qərbi Azərbaycanda, Qarabağ və işğal olunmuş ətraf ərazilərdə yüzlərlə ibadət ocağı var ki, xarabalığa çevrilib. Digər tərəfdən, Bakıdakı kilsə təmir olunur və rəsmi statistikaya görə, paytaxtda yaşayan 35 min erməni əsilli Azərbaycan vətəndaşı o kilsəyə getmək imkanına malikdir. Ancaq azərbaycanlıların işğal altında olan bu ibadət ocaqlarına getməsi mümkün deyil.
Qeyd edək ki, bir müddət öncə Bakıda keçiriləsi “Eurovision -2012" mahnı yarışması ilə əlaqədar Fəvvarələr meydanı, Nizami küçəsi - 38-də yerləşən erməni kilsəsinin təmirinə başlandığı deyilirdi. Bu günlərdə kilsədə olub, təmirin nə məqsədlə aparıldığını öyrənməyə çalışdıq. Kilsənin mühafizəçisinin sözlərinə görə, bura Prezident Kitabxanasının balansına verilib: ”Təmir-bərpa işlərini də kitabxana aparır". Prezident Kitabxanasının işçilərinin sözlərinə görə, erməni kilsəsinin yenidən istifadəyə verilməsi nəzərdə tutulmayıb: “Bu kilsə uzun müddətdir ki, Prezident Kitabxanasının balansındadır. Bura arxiv şöbəsi kimi fəaliyyət göstərir. Təmir işləri də bu məqsədlə aparılır. Yəni əsas istilik xətləri dəyişdirilir və yüngülvari təmir edilir. Təmir işləri də yekunlaşmaq üzrədir”. Mədəniyyət və turizm Nazirliyindən də bildirdilər ki, kilsənin bərpası nəzərdə tutulmayıb və bura adıçəkilən kitabxananın balansındadır.
Onu da qeyd edək ki, ötən ilin aprel ayında Bakıda keçirilən Dini Liderlərin Ümumdünya Sammiti zamanı Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin erməni kilsəsində olmuşdu. O zaman II Qareginin erməni kilsəsinin bərpası üçün prezidentə müraciət etdiyi də deyilirdi. Məlumat üçün bildirək ki, “Qriqori Lusavoriç” erməni kilsəsi 1871-ci ildə inşa olunub. Binanın arxitektoru məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı quberniyasının və şəhərin arxitektoru K.Qippius olub. Qippius ilk dəfə Tallində müqəddəs Karl kilsəsini tikib. Bakıda erməni kilsəsi onun ikinci işi olub. 1873-cü ildə erməni kilsəsinin həyətində kilsə məktəbi və kitabxana da inşa edilib. Kilsə 2002-ci ildə Prezident Administrasiyasının tabeçiliyinə verilib və onun bazasında administrasiyanın İşlər İdarəsinin kitabxanasının yaradılması barədə qərar çıxarılıb.
Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR