ERMƏNİ KATOLİKOSUN OBAMAYA MƏKTUBUNUN MƏTNİ AÇIQLANIB
Məhz Qareginin məktubundan sonra Gürcüstan cəmiyyətində ermənilər üçün qara günlərin başlayacağını zənn edən Tiflis erməniləri assambleyasının sədri Arnold Stepanyan deyib ki, katolikosun məktubuna görə erməniləri qınayacaqlar.
Xatırladaq ki, son zamanlar Ermənistanın rəsmi hakimiyyət orqanları erməni kilsəsi vasitəsilə Cavaxetiya məsələsindən başqa Gürcüstanda yerləşən bəzi gürcü pravoslav kilsələrinə dair iddia qaldıraraq bunların ermənilərin mədəni irsinə aid olduğunu bildiriblər. Məhz bu səpkidə olan separatist çıxışlara görə Gürcüstan rəsmi olaraq əslən Cavaxetiyadan olan, hazırda Ermənistan parlamentinin Respublikaçılar Partiyasından (iqtidar partiyası-red.) deputatı olan Şirak Torosyanı Gürcüstan ərazisində persona-non-qrata elan edib.
Bundan əlavə, Gürcüstan gömrük orqanları Ermənistandan ölkəyə erməni dilli məktəblər üçün nəzərdə tutulan kitab vəsaitlərinin, qəzet-jurnalların daxil olmasına qadağa qoyub. Cavaxetiya məktəblərində erməni dili tədris kursu həftədə 8 saatdan 2 saata endirilib. Səbəb yerli ermənilər tərəfindən separatizmin təbliğidir. Buna cavab olaraq ermənilərin separatçı “Cavaxk” təşkilatı Cavaxetiya regionunda erməni dilinə rəsmi status vermək üçün tələblərlə çıxış edib.