İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni gücü”nün üzvü 8 il həbs cəzası aldı

839 16.12.2013 17:39 Son xəbər A A
ABŞ-ın Kaliforniya Federal Məhkəməsi “Erməni gücü” (Armenian Power) etnik cinayət qrupunun fiqurlarından Karo Yerkanyana 8 il həbs cəzası verib.

2011-ci ilin fevralında ABŞ-ın hüquq mühafizə orqanları Kaliforniya ştatında “Erməni gücü” qrupunun 99 üzvünü həbs edib. “Erməni gücü” qrupunun üzvləri reketlikdə, qətldə, qarətdə, zorakılıqda, şəxsi məlumatların oğurlanmasında və fırıldaqçılıqda günahlandırılırdı.

“Media forum” saytının məlumatına görə, 2013-cü ilin sentyabrında ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Yerkanyan da daxil olmaqla qrupun 59 üzvü onlara qarşı sürülən ittihamları qəbul ediblər. Yerkanyanı 100 il həbs cəzası gözləsə də, məhkəmə onun müdafiəçisinin xahişini nəzərə alıb və 8 il azadlıqdan məhrumetmə cəzası ilə kifayətlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR