İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni gimnastlar Azərbaycana görə BRİKS Oyunlarından imtina ediblər

1254 18.06.2024 19:45 Region A A

Erməni gimnastlar siyasi səbəblərdən BRİKS Oyunlarında iştirak etməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Match TV” yayıb.

Erməni gimnast Silva Sarkisyan telekanala müsahibəsində səbəbi belə izah edib: “Əvvəlcə Ermənistan nümayəndəsi baş hakim təyin olundu. Sonra dəyişdilər, indi yarışın baş hakimi Azərbaycandandır. Beləliklə, Ermənistan geri çəkildi”.

Bundan əvvəl rusiyalı atlet Kristina Makarenko BRİKS oyunlarının Olimpiada ilə müqayisəsini cəfəngiyyat adlandırmışdı: “Ümid edirəm ki, heç kim bunun eyni şey olduğunu deməyib. Böyük bir başlanğıc kimi BRİKS Oyunlarından duyğular? Qətiyyən yox”.

Qeyd edək ki, BRİKS Oyunları iyunun 12-dən 23-dək Kazanda keçirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR