“Azərbaycan tərəfinin sərhəd bölgəsində hərbi hissələri sərhəd birlikləri ilə əvəzlməsi ümumi situasiyaya təsir göstərməyib”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan jurnalistlərlə söhbətində bildirib.
Davtyan əslində ümumi vəziyyətdə heç bir dəyişiklki gözləmədiklərini də bildirib.
“Hazırkı anda nə mənfi, nə də müsbət yöndə təsirdən danışmaq olar”, - deyə erməni general söyləyib.
Artak Davtyan hərbi qoşunların sərhədçilərlə əvəzlənməsi prosesinin Azərbaycan tərəfindən birtərəfli qaydada həyata keçirildiyini bildirərək, özlərinin də bu barədə hər kəsə elan etmədən müəyyən hərəkətlər göstərdiyini vurğulayıb.
Musavat.com






