İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsirliyində olmuş şəxs: "Lomla döyərək işgəncələr verirdilər" - VİDEO

524 16.06.2021 19:45 Gündəm A A

"Boks əlcəyi ilə, dəyənəklə, lomla döyərək bizə işgəncələr verirdilər. Lüdviklə Alyoşanın işgəncələrindən bədənimdə müxtəlif çapıqlar qalıb".

Bu fikirləri "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsində erməni hərbçiləri tərəfindən əsir götürülmüş döyüşçü Zahid Həsənov deyib.

1994-cü ilin mart ayının 8-də Füzuli rayonunda yaralı halda əsir götürülən Z.Həsənovun sözlərinə görə, yaralı olduğu halda, ona xəstəxanada demək olar ki, heç bir tibbi yardım göstərilməyib:

"Bizə orada heç kim baxmırdı, nə erməni həkimləri, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları... Hospitalda təxminən girov götürülmüş 5-6 azərbaycanlı qadın və 3 uşaq var idi. Mənə də onlar baxırdılar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR