İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən maraqlı iddia: Ermənistanda NATO-nun 14 bölməsi fəaliyyət göstərir

571 12.07.2024 20:17 Dünya A A

 

Birləşmiş Ştatlar ölkənin bloklara qoşulmamaq statusunu müəyyən etmək üçün Ermənistanın Konstitusiyasına dəyişiklik etməkdə maraqlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib.

“ABŞ üçün 1 nömrəli vəzifə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu aradan qaldırmaqdır. Bu məsələnin həlli uzaqda deyil. Bu layihə konstitusiya islahatlarının qəbulu yolu ilə həyata keçiriləcək, yeni müddəalar tətbiq ediləcək, buna görə Ermənistan bitərəf, bloklara qoşulmayan ölkə olacaq və burada başqa dövlətin hərbi mövcudluğu qadağan ediləcək. Beləliklə, Ermənistan heç bir hərbi-siyasi blokun üzvü ola bilməyəcək. Bu isə avtomatik olaraq KTMT-dən xaric edilməsi deməkdir. Bu müddəa həm də Rusiya hərbi bazasının çıxarılması demək olacaq”, – deyə o, yerli 24 Tv kanalında bildirib.

Nahapetyanın sözlərinə görə, bu müddəa ölkənin NATO-ya daxil olma imkanını istisna etsə də, bu, Şimali Atlantika Alyansının ölkədə təmsil olunmayacağı demək deyil. “NATO artıq Ermənistandadır. Bəli, bizim NATO ilə heç bir sənəd imzalamaq imkanımız olmayacaq və NATO Ermənistanla nəsə imzalamağa da o qədər də həvəsli deyil. Amma faktiki mövcudluq bu gün artıq mövcuddur. Daha çox deyim, bu gün Ermənistanda NATO-nun 14 bölməsi var. Ermənistanda 13 bioloji laboratoriya var, əslində, hər bioloji laboratoriya bir hərbi hissə, digər NATO bölməsi deməkdir. Bəli, Avropa müşahidə missiyası mahiyyət etibarilə NATO bölməsidir, missiyaya kəşfiyyatçılar daxildir. Başqa sözlə, NATO-nun Ermənistandakı nümayəndəliyi məhz bu formada olacaq”,-deyə erməni ekspert söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR