İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert Ermənistan, Rusiya və İranın birgə təlimlər keçirməsini təkli etdi  

638 07.09.2023 17:07 Siyasət A A

“Bizdə Azərbaycan-Türkiyə tandeminin Ermənistana hücuma hazırlaşdığı barədə aydın məlumat var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddianın müəllifi “Kamk” (“İradə”) adlı ictimai bir təşkilatın rəhbəri Vahan Çakalyan adlı birisidir.

Onun sözlərinə görə, Ermənistanın Geqarkunik və Vayots Dzor rayonlarına mümkün hücum gözlənilir.

“Biz Ermənistan, Rusiya və İran liderlərinə açıq məktub hazırlamışıq. Orada, Cermuk yaxınlığında Ermənistan-Rusiya-İran birgə hərbi təlimlərinə təşəbbüs göstərməyi və keçirməyi təklif edirik”, - deyə Çakalyan bildirib.

Çakalyanın tərəfdarları məktubu təhvil vermək üçün Ermənistan Nazirlər Kabinetinin binasına toplaşıblar, oradan Rusiya və İranın İrəvandakı səfirliklərinə gedəcəklər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR