İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Azərbaycan aldığı silahlar bir gün atəş açacaq, biz mütləq zərbə helikopterləri əldə etməliyik"

1564 01.10.2018 16:15 Region A A

“Rusiya Azərbaycan və Ermənistana silah verməklə Qarabağ münaqişəsini idarə edir. Rusiya tərəfindən Azərbaycana silah tədarükü isə olduqca neqativ hadisədir. Belə çıxır ki, SSRİ dağıldıqdan sonra eyni proses baş verir. Həmin vaxtda da Moskva Azərbaycanı daha çox silahlandırırdı”.

Musavat.com xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Qraçya Petrosyan Ermənistanın 1-ci informasiya saytına verdiyi müsahibədə söyləyib.

Petrosyan Azərbaycanın Rusiyadan aldığı raket artilleriya vasitələrinin, İsrail və Çexiyadan əldə etdiyi uzaq məsafələri vura bilən silahların olduqca təhlükəli olduğunu bildirib.

“Əgər uzaqlıq nöqteyi-nəzərindən baxılsa, bunların içində ən güclüsü İsrail LORA-ları sayılır. Lakin yaylım atəşli sistemlərdən fərqli olaraq LORA operativ-stateji məsafədəki hədəfləri vurur. Buna alternativ olaraq bizim əlimizdə “İsgəndər”lər var”, -Petrosyan deyib.

Erməni mütəxəssis silah yarışının əvvəl-axır toqquşmaya gətirib çıxaracağını istisna etməyib.

“Burada problem hansı tərəfin daha çox silah və sursat almasında deyil. Biz anlamalıyıq ki, bu cür miqyasda toplanılan silah əvvəl-axır atəş açacaq. Azərbaycana həvəslə silah satan Rusiya da gözəl bilir ki, bu silahdan müttəfiqi Ermənistana qarşı istifadə olunacaq”.

Qraçya Petrosyan müharibədə əsas faktorun bu və ya digər tərəfin əldə etdiyi silah deyil, silahlı qüvvələrdə hökm sürən mənəvi-psixoloji atmosferin olduğunu da sözlərinə əlavə edib.

“Bizim (Ermənistan-red.) rəhbərlik müasir aviasiyanı əldə etmək istəyini hər dəfə təkrarlayır. Lakin mən hesab edirəm ki kiçik bir bölgədə zərbə aviasiyasına böyük xərclər sərf etmək əbəsdir. Birincisi, bu, olduqca bahadır. İkincisi, cəmi 400 km-lik radiusda elə də effektiv variant sayılmır. Buna görə Ermənistan gücünü zərbə helikopterlərinə yönəltməlidir.

Yeri gəlmişkən, Azərbaycan artıq dağ şəraitində istifadə edilə bilən və ruslar tərəfidən “uçan tanklar” adlandırılan helikopterlər əldə edib”, - Petrosyan sonda vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR