ERMƏNİ DİASPORU İLƏ 25 İLLİK MÜHARİBƏ AKTİV FAZAYA KEÇİR
1994-cü ildə Azərbaycanla Ermənistan arasında birinci cəbhədə atəşkəs sazişi imzalandı və döyüş əməliyyatları dayandı. Baxmayaraq ki, atəşkəs heç vaxt cəbhədə atəşin kəsilməsinə səbəb olmadı. Ancaq bundan fərqli olaraq ikinci cəbhədə atəşkəs ümumiyyətlə, mövcud deyil və bu gün də erməni lobbisi Azərbaycan ərazilərinin işğalını de-yure möhkəmləndirmək üçün savaşı davam etdirir. Zabit Ramil Səfərovla bağlı məsələ isə dünya erməniliyinin Azərbaycana qarşı yeni total hücumu üçün bəhanə olub. Erməni lobbisinin təsiri altında olan bir çox Qərb dövlətlərinin rəsmi strukturları, siyasətçiləri, habelə beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanı qınayan bəyanatlar veriblər. Həmçinin erməni diasporu xarici ölkələrdə Azərbaycana qarşı çoxsaylı kütləvi aksiyalar keçirib və proses davam etməkdədir. Habelə ermənilər Azərbaycan prezidentinin Fransaya dünən başlayan işgüzar səfərinə kölgə sala bilmək üçün əllərindən gələn hər şeyi edirlər. Ermənilər və dünya erməniliyi növbəti dəfə dünya qarşısında özlərinin məzlum imicini formalaşdırmaq üçün fürsət qazanıb. İfrat yalan üzərində qurulmuş erməni təbliğatı cəmi 20-23 il əvvəl Qarabağda ermənilərin azərbaycanlı dinc sakinləri necə vəhşicəsinə qırdıqlarını unudaraq Budapeştdə öldürülmüş bir erməni üzərində həyasız təbliğat qurublar.
Əslində erməni lobbisi həm də Qarabağda savaşı başladan əsas tərəf idi. Azərbaycanın yaxın keçmişində baş verənləri xatırlayan hər kəs bilir ki, 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılığının təcavüzkar xarakter almasının arxasında dayanan əsas qüvvələrdən biri də Amerika, Fransa, Rusiya və digər ölkələrdəki erməni lobbisi olub. Daha sonra təcavüzün miqyası genişləndi və Qarabağda savaş irimiqyaslı xarakter aldı. Bu mərhələdə də erməni diasporu və lobbisi təcavüzkar siyasətin həyata keçirilməsində birbaşa rola malik idi.
Erməni lobbisi Suriya, Livan, İraq və digər Yaxın Şərq ölkələrindən terror düşərgələrində təlim keçmiş erməni muzdlularının silahlandırılmasını və Qarabağa göndərilməsini təşkil edirdi. O vaxt Azərbaycanın könüllü özünümüdafiə dəstələrinə qarşı döyüşləri əsasən təpədən-dırnağa qədər silahlanmış erməni muzdluları aparırdı. Müharibənin miqyası genişləndikcə erməni lobbisi Ermənistanın silah-sursat və hərbi texnika ilə təchizatında əsas rol oynamağa başlamışdı.
Lakin döyüş meydanından kənarda da erməni lobbisi Azərbaycana arxadan zərbə vurmaq üçün bacardığını əsirgəməyib. Təkcə onu qeyd etmək kifayətdir ki, 1992-ci ildə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişləndirdiyi və yeni-yeni əraziləri işğal etdiyi bir vaxtda erməni lobbisi ABŞ Konqresində bədnam 907-ci düzəlişin qəbuluna nail olmuşdu. Bu düzəliş həm də o baxımdan bədnam və ədalətsiz idi ki, təcavüz edən və başqasının torpaqlarını ələ keçirməyə can atan tərəf Ermənistan olduğu halda Azərbaycan “məzlum ermənilərə təcavüzdə” ittiham edilirdi. Yeni müstəqillik əldə etmiş və yüz minlərlə qaçqın ordusu ilə üzləşmiş Azərbaycanı ABŞ-ın birbaşa iqtisadi yardımlarından məhrum edən bu düzəlişin qüvvəsini ancaq 2001-ci il terror hücumlarından sonra dayandırmaq mümkün oldu.
Erməni lobbisinin təsirini Azərbaycan atəşkəsin imzalanmasından və ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarının başlamasından sonra da hiss etməli olub. Hələ 90-cı illərin əvvəllərindən aydın olmağa başladı ki, münaqişənin nizamlanması üçün vasitəçilik rolunu üzərinə götürən böyük dövlətlərin təcavüzkar tərəfə heç bir təzyiq göstərmək niyyəti yoxdur. BMT Təhlükəsizlik Şurası tərəfindən işğal edilmiş ərazilərin dərhal boşaldılmasını tələb edən 4 qətnamənin çıxarılmasına baxmayaraq Ermənistan buna məhəl qoymadı.
Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ, Fransa kimi ölkələrdəki güclü erməni lobbisi mövcud olmasaydı, Ermənistan kimi kiçik dövlət bu cür davrana bilməzdi. Minsk Qrupunun münaqişənin nizamlanması üçün vasitəçiliyi həyata keçirən hər üç həmsədri heç vaxt ədalətli vasitəçilik missiyası həyata keçirməyib. Bütün dövrlərdə və mərhələlərdə işğalçı tərəflə təcavüzə məruz qalan tərəfə eyni yanaşma mövcud olub. Bir çox hallarda isə vasitəçilər Dağlıq Qarabağı Azərbaycandan de-yure qoparmağa hesablanmış sülh təkliflərini qəbul etdirmək üçün Azərbaycana təzyiqlər ediblər. Faktiki olaraq elə vəziyyət yaranırdı ki, Minsk Qrupu həmsədrləri münaqişənin beynəlxalq hüququn təməl prinsipləri əsasında həllinə çalışan vasitəçilər kimi yox, Ermənistanın hərbi təcavüzünün nəticələrini de-yure möhkəmləndirməyə çalışan himayədarlar statusunda görünürdülər.
Lakin Azərbaycan dövləti də əvvəlki deyil və son illər güclü erməni lobbisi barədə mifi sındıran bir çox uğurlara imza atıb. O cümlədən R.Səfərovun Macarıstandan ekstradisiyası bu uğurlardan biridir və dünya erməniliyinin məsələyə aqressiv reaksiyası da buradan irəli gəlir. Erməni lobbisinin bu məsələdən fürsət kimi istifadə edərək Azərbaycana qarşı 25 ildir davam etdirdiyi müharibəni daha aktiv fazaya keçirməsinə cavab olaraq rəsmi Bakı da öz diaspor və lobbi siyasətini gücləndirmək istiqamətində addımlar atır. Bu məqsədlə Amerika və Avropa ölkələrindəki lobbi qrupları ilə bəzi mühüm anlaşmalar əldə olunduğu barədə məlumatlar var.