İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat qorxuya düşüb: “Qarabağdakı rus sülhməramlıları heç bir işə yaramır”  

795 03.07.2023 17:58 Siyasət A A

Hətta Rusiya sülhməramlılarının mövcudluğu erməni tərəfinin Qarabağda həm insan, həm də ərazi itkiləri verməsinə mane olmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının rəhbəri, müxalifətçi deputat Taqui Tovmasyan deyib.

“Həm ölənlərimiz, həm də yaralılarımız var. Fərruxda baş verənləri də unutmuruq. Bütün bunlar bir daha onu göstərir ki, Bakı Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan çəkinmir”, - deyə Tovmasyan bildirib.

Tovmasyan  hər kəsi həqiqətlə üzləşməyə və illüziyalara qapılmamağa çağırıb. “Düşünməməliyik ki, orada Rusiya nümayəndələri olarsa, o zaman müharibənin qarşısı alınar. Xeyr, bunun qarşısını almaq olmaz. O, qaçılmazdır. Rusların və onların sülhməramlılarının mövcudluğu Azərbaycanın imperiya (?!) ambisiyalarının qarşısını almağa qadir deyil. Ona görə də biz hər şeyə hazır olmalıyıq”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR