İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Paşinyan erməni arqumentləri ilə tanış olmaq istəyirsə Makrona müraciət etsin”

747 14.09.2023 16:55 Region A A

 

“Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tarixində ən pis danışıqlar aparan şəxsdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər sentyabrın 14-Ermənistan parlamentində müxalif deputat Taquhi Tovmasyan tərəfindən səslənib.

“Onun danışıqlarının nəticəsi diplomatiyanın sona çatması və müharibənin başlaması oldu. Müharibə Paşinyanın diplomatiyasının uğursuzluğunun nəticəsidir”,-deyə Tovmasyan bildirib.

Erməni siyasətçi Paşinyanın “Qarabağ münaqişəsinin “erməni arqumentləri” əsasında həll oluna bilinməyəcəyi” ilə bağlı dediklərini baş nazirin səriştəsizliyi ilə əlaqələndirib.

 “Paşinyan özü etiraf edib ki, danışıqlar prosesinin təfərrüatlarını (Azərbaycan prezidenti) İlham Əliyevdən öyrənib. Baş nazir Ermənistanın keçmiş prezidentlərindən bəzi təfərrüatları istəməli idi.  Üstəlik, bu barədə danışan təkcə mən deyiləm. Fransa Qarabağ məsələsini tez-tez dilə gətirir. Ümumiyyətlə, mən Paşinyana məsləhət görərdim ki, ermənilərin maraqları naminə Fransa prezidenti ilə daha tez-tez əlaqə saxlasın”, - deyə Taquhi Tovmasyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR