İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Ermənistana gətirilən tonlarla kokainin arxasında dövlət var”

573 17.05.2023 17:45 Region A A

“Ermənistanın Dövlət Gəlirləri Komitəsi qutularda narkotik olan bananları hansı şirkətin idxal etdiyini yaxşı bilir”.

Musavat.com erməni mediasına istinadən  xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə müsahibəsində “Hayastan” blokundan olan deputat Aqnes Xamoyan deyib.

Onun sözlərinə görə, həmin şirkət yuxarıdan “sponsor” olmadan Ermənistana 1 milyard dollarlıq mal idxal edə bilməzdi.

Xamoyan bütün bu prosesin yüksək rütbəli dövlət məmuru tərəfindən idarə olunduğunu iddia edib.

Onun sözlərinə görə, əgər fəlakətli vəziyyət dəyişməsə, Ermənistan narkotik ticarəti ilə bağlı ciddi problemlərlə üzləşəcək.

“Biz tranzit ölkəyə çevrilmişik. Ermənistana tonlarla kokain verilir. Son iki gündə Ermənistanla əlaqəli narkotiklərin müəyyən edilmiş həcminin dəyəri 1 milyard dollara yaxınlaşır. Ölkə daxilində onlarla kiloqram narkotik satılır, ona görə də Ermənistanın tranzit ölkə rolunu oynadığını güman etmək olar. Bununla belə, bəzi suallar yaranır. Narkotikin Ekvadordan Ermənistana, oradan da üçüncü ölkəyə daşınmasının arxasında hansı məntiq dayanır? Ona görə də müştərinin Ermənistanda olduğunu güman etmək olar”,-deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR