İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Biz Türkiyə və Azərbaycanla mehriban olmalıyıq, dövlətçiliyimiz də bundan asılıdır”

728 19.06.2023 16:32 Region A A

 

 

Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Qurgen Arsenyan Türkiyə ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının bir məcburiyyət olduğunu söyləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli parlamentdə Gürcüstanla vizasız rejim haqqında sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı danışıb.

Arsenyanın sözlərinə görə, Ermənistan öz qonşuları ilə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə "müstəsna dostluq atmosferi" yaratmağa çalışmalıdır. Gürcüstanla münasibətlər digər qonşularla münasibətlərin yaxşılaşdırılması üçün “pilot proqram”a çevrilməlidir.

“Bizim əsas missiyamız qonşularımızla münasibətlərimizi aydınlaşdırmaq və onları “yaxşı qonşuluq rejimi”nə keçirmək olmalıdır. Bu, bizim missiyamızdır və ölkəmizin təhlükəsizliyi, dövlətçiliyimizin təminatı da bundan asılıdır”, - deyə erməni deputat bildirib.

“İndi qarşımızda iki istiqaməti ehtiva edən çətin vəzifələr durur: Türkiyə və Azərbaycanla münasibətlərin qurulması. Bu istiqamətlərdə problemlərin olması Ermənistan dövləti və xalqı üçün təhlükələr yaradır. Biz Gürcüstandan nümunə götürərək, “qarşılıqlı məhv proqramları” ilə deyil, sülh şəraitində yaşamağa imkan verəcək düstur üzrə hərəkət etməliyik. Yaxın tarix bizə nəticə çıxarmağa, səhvlərimizi təhlil etməyə imkan verir”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR