“Ermənistan Silahlı qüvvələrinin Baş qərargah rəisi Azərbaycana 6 erməni əsirinin geri qaytarılması üçün 1 saat vaxt vermişdi. Xatırlatmaq istərəm ki, bu ultimatumun verildiyi vaxtdan 144 saat keçib. Bizimkilər isə hələ də azərbaycanlıların əlindədir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat bu gün Ermənistan Milli Assambleyasının deputatı Naira Zöhrabyan tərəfindən parlamentin iclasında səsləndirilib.
Deputat Ermənistan nümayəndə heyətinin Moskvaya getdiyini, lakin əliboş döndüyünü bildirib. Onun sözlərinə görə erməni rəsmilərinin qarmaqarışıq bəyanatları vəziyyəti bu cür olduğunu göstərir.
Musavat.com






