İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat AÇIQLADI:"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram..."

1536 24.05.2023 15:21 Gündəm A A

"Mən baş nazirin mətbuat konfransındakı bəyanatlarını diqqətlə dinlədim və Nikol Paşinyanın sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bəyan edirəm. Sülh gündəmimizi iki əllə müdafiə edəcəyəm, bu proses Azərbaycan ilə sülhə gətirib çıxaracaq".

Musavat.com "Hraparak"a istinadən xəbər verir ki, bu sözləri “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib.

Deputat qeyd edib ki, Paşinyanın siyasətinə dəstək verir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Biz sülh yolunda atılan bütün addımları alqışlayır, bu prosesi başa çatdırmaqda olduqca qərarlıyıq. Və xüsusilə qeyd edirəm ki bu, Ermənistan xalqı qarşısında ən böyük missiyamızdır." , - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR