İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: 2022-ci ildə Rusiyadan pul köçürmələri Ermənistanın illik ÜDM-nin 20%-nə bərabər olub

590 07.02.2023 20:50 Region A A

Ermənistanda iqtisadi fəallığın 14,2%-lik artımının təxminən ¾ hissəsi bu və ya digər şəkildə Ukraynada müharibə nəticəsində sənaye sahələrinin hesabına əldə olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu fevralın 7-də Ermənistan parlamentinin iclasında iclasında müxalifət blokundan olan deputat Tadevos Avetisyan bəyan edib.

Onun sözlərinə görə, 2022-ci ildə fiziki şəxslərin Rusiyadan Ermənistana yalnız bank sistemi vasitəsilə pul köçürmələri təxminən 3,6 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,2 dəfə çoxdur.

“Elə təkcə bu pul köçürmələri Ermənistanın illik ÜDM-nin 20%-nə bərabərdir. Rusiya Federasiyası ilə ticarət də görünməmiş şəkildə artıb - təxminən 80%. Lakin biz Rusiyaya əsasən öz məhsulumuzu deyil, başqa ölkələrdən idxal etdiyimizi göndərmişik”, - deyə deputat bildirib.

Onun sözlərinə görə Avrasiya İttifaqı üzvü olmayan və Rusiyanın tərəfdaşı sayılmayan Gürcüstan bu amillərin kombinasiyası ilə 2022-ci ildə ikirəqəmli iqtisadi artımı təmin edə bilib. Eyni zamanda, 2018-2021-ci illərdə investisiyaların orta artımı 3,5% təşkil edib.

Lakin Ermənistanda vəziyyət belə deyil. 2018-2021-ci illərdə vəd edilən “görünməmiş iqtisadi artım” əvəzinə ümumi daxili məhsulun artımı. il ərzində orta hesabla cəmi 2,8% təşkil edib. Eyni zamanda, dövlət borcunun orta səviyyəsi xeyli artıb”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR