"Birincisi, çömçə deyiləm özümü ortalığa atım. Bir-birimizə hörmətimiz var. Rəqsanəyə dedim ki, hansı verilişə getmişəm, o, sualı veriblər".
Musavat.com xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "7 Canlı" proqramında deyib. Sənətçi şou-biznesdə son günlər baş verən qalmaqallardan danışıb. O ad çəkmədən müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında yaşanan qalmaqala münasibət bildirib:"Kor deyilik, nə baş verdiyini görürük. Utanıram ki, bu aləmdəyəm. Sənət adamlarından üzr istəyirəm, utanıram ki, sizinlə eyni səhnədəyəm. Ayıbdır, hamınız xanımsınız. Bəylər qalıb kənarda, səsləri çıxmır. Bu dəqiqə elə şeylər var ki, pərdə arxasında olmaldır. Siz hər şeyi qoymusuz ortalığa: ərlərinizi, sevgililərinizi. Hamınıza hörmətim var, mənə qarşı pis hərəkətiniz olmayıb. Amma sənətdə olan biri və tamaşaçı kimi sizin yerinizə utanıram. Moskvaya mən də gedib-gəlmişəm, sabah da gedə bilərəm. Dava-dalaş olar, daha belə biabırçılıq yox".
Könül
Musavat.com






