"...Doğru iş görüb"
Real Partiyası İdarə Heyətinin üzvü, növbədənkənar parlament seçkilərində lider namizəd olan Erkin Qədirli həmin partiyanın rəhbəri İlqar Məmmədovun Prezident Administrasiyası rəsmisi ilə görüşündən yazıb.
Musavat.com xəbər verir ki, o, bu görüşün mahiyyətinə toxunub: "İlqar Məmmədovun Prezident Administrasiyasının siyasi partiyalarla iş şöbəsinin rəhbərilə "Respublika" qonaq evində görüşü siyasət üçün sıradan bir haldır. Belə görüşlər normal qarşılanmalıdır.
Mənim üçün bu görüş yerinin özəl önəmi vardır. Ortaq xatirələrin siyasətdə önəmi haqqında daha öncə yazmışdım. Mən, uşaqlığımın erkən yaşlarında, bugün "Respublika" qonaq evi adlandırılan binada yaşamışam. Babamın, o dönəmdə tutduğu yüksək vəzifəyə uyğun, orada mənzili vardı.
İlqar Məmmədovun Prezident Administrasiyasının rəsmisilə görüşünə şəxsən aidiyyatım olmasa da, onların görüşdükləri yer mənim üçün özəl xatirələrlə doludur.
P.S. İlqar Məmmədov görüşə getməklə doğru iş görüb. Siyasətin özü budur - görüşmək, danışmaq, anlaşmaq".
Musavat.com






