İnsanlara hürriyət, millətlərə istiqlal!

“ERKƏN NİKAHLARIN ARTMASINDA DİNİ FAKTOR HƏLLEDİCİ DEYİL”

1330 06.05.2010 03:17 Ölkə A A
G.Hüseynin sözlərinə görə, respondentlərin 55 faizi kişi, 45 faizi qadın olub: “Erkən nikahların yayılma səbəbləri ilə bağlı suala cavabda rəyi soruşulanların cəmi 20 faizi dini faktoru qeyd edib. Onlar da əsasən cənub bölgəsinin sakinləridir”.
Başqa səbəblərə gəlincə, məlum olub ki, respondentlərin 50 faizi səbəbi bilmədiklərini, 15 nəfər isə dövlət strukturlarının adını çəkib. Sorğuda iştirak edənlərin 80 faizi yaşadıqları ərazidə erkən nikahların yayıldığını təsdiqləyib. Bəlli olub ki, belə nikaha daxil olanlar arasında sosial statusuna görə cəmiyyətin bütün təbəqələri iştirak edib.
Sorğunun nəticələri göstərib ki, erkən nikahlar daha çox dini kəbin və rəsmi nikahla qurulub, amma 40 respondent yalnız dini kəbinlə nikaha girdiklərini deyib.
Tovuz, Gəncə, Ağstafa, Qazax erkən nikahların ən az qeydə alındığı bölgələrdir. G. Hüseynin fikrincə, erkən nikahların qarşısının alınması üçün bütün dövlət və qeyri-dövlət strukturları, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə səyləri artırmalıdırlar.
Regionlarda, kəndlərdə problemlə bağlı seminarlar aparan Sədaqət Paşayevaya görə, erkən nikah nəticədir: “Səbəb ailələrdə cinslərə görə gənclərə fərqli münasibət göstərilməsidir. Erkən nikahların kökü bundadır. Universitetə daxil olmaq istəyən qızların sayının azalması bunun nəticəsidir. Üstəlik, qadınların məhdud dünya görüşü var. Qızlar ailə qurmaqdan başqa funksiyasının olmadığını düşünürlər. Qızların tez ərə getməsi onların fiziki sağlamlığına da zərbə vurur. Fiziologiya İnstitutu ana və uşaq ölümünün artmasında erkən nikahların rolu olduğunu da açıqlayıb”.
Hüquqşünas Cəmilə Səmədova isə erkən nikaha daxil olan qızların övladlarının da hüquqlarının pozulduğunu söylədi: “Erkən ailə quranlar arasında rəsmi nikaha girənlər azdır. Qanunvericiliyə görə, istisna hallarda qıza 16 yaşında rəsmi ailə qurmağa icazə verilir. Üstəlik, bəzi rayonlarda qızı ərə verəndə əvəzində 1500-2000 manat alırlar. Valideynlər bu pula görə qızlarını ərə verirlər. Daha sonra uşaq doğulduqda və ailə dağıldıqda rəsmi nikah yoxdusa, atalığı müəyyən etməkdə problem yaranır. Analarımız öz hüquqlarını bilmirlər”.
Qlobal Qadın Fondunun nümayəndəsi Şəhla İsmayılova öz növbəsində gender problemlərinin əsas hissəsi olan erkən nikahlarla bağlı dövlət orqanlarının laqeydliyindən şikayətləndi: “2000-ci ildə qadın məsələləri ilə bağlı milli proqram məsələsi ortaya çıxdı. Lakin məlum oldu ki, bu proqram üzərində iş 2006-cı ildə başlayıb və indiyədək də proqram qəbul olunmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR