İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkan Özoral: “Əminəm ki, müstəqil Azərbaycan kimi, “Yeni Müsavat” da sonsuza qədər davam edəcək”

338 08.11.2019 16:36 Siyasət A A

“Əminəm ki, müstəqil Azərbaycan kimi, “Yeni Müsavat” da sonsuza qədər davam edəcək. Çünki “Yeni Müsavat”ın mayasında millilik var”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Yeni Müsavat”ın Park İnn otelində keçirilən 30 illik yubiley tədbirində səsləndirdi.

O, bildirdi ki, bu qəzet ötən müddət ərzində dəyişən texnologiya və yeniliklərlə ayaqlaşıb və inkişaf edib: “Qiymətli qardaşım, Rauf Arifoğlu, mən sizin şəxsinizdə bütün “Yeni Müsavat” kollektivini təbrik edirəm. Siz “Yeni Müsavat” adlı qəzetin yolçuluğuna Türkiyə səfirliyindən başlamısınız. Ona görə də, mən bu tədbirə qatılmasaydım, doğru olmazdı, əksik qalardı. “Yeni Müsavat” Azərbaycanın müstəqilliyini müdafiə etməyin ən çətin olduğu günlərdə yaradılan bir qəzetdir. O səbəbdən Azərbaycan həqiqətlərini bütün dünyaya, ancaq ondan da öncə Azərbaycan xalqına anlada bilmək üçün o dövrdə böyük fədakarlıqlar altında, böyük qəhrəmanlıq gerçəkləşdi. “Yeni Müsavat” sırf bu səbəbdən təbrik edilməyi haqq edən bir qəzetdir. Bu günə qədər aradn 30 il keçib. 30 il ərzində Azərbaycan müstəqil dövlət oldu, bu günə qədər böyük dəyişikliklər yaşandı, böyük inkişafa imza atıldı. Burada Azərbaycan mətbuatı da öz payına düşəni aldı”.

4f1c722d-964f-4ead-9602-d210766534ea.jpg (143 KB)

Səfirin sözlərinə görə, dünya mətbuat orqanları üçün gün keçdikcə daha çətin bir hala gəlir: “ İnkişaf edən texnologiya mətbuatın işini daha da çətinləşdirir. Ancaq “Yeni Müsavat” qəzeti 30 il ərzində inkişaf edən texnologiya ilə ayaqlaşdı. Heç bir yenilikdən geri qalmadı və bu gün sadəcə qəzet olaraq deyil, eyni zamanda internet saytı və televiziya olaraq, böyük bir media qurupudur. Bu 30 ildə əldə etdiyi uğurlar üçün də “Yeni Müsavat”ı ayrıca təbrik edirəm. Əminəm ki, müstəqil Azərbaycan kimi, “Yeni Müsavat” da sonsuza qədər davam edəcək. Çünki “Yeni Müsavat”ın mayasında millilik var”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR