İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərinin çayına zəhər qatan qadın cinayət başında yaxalanıb - Məhkəmədə gizli kamera görüntüləri

1089 09.04.2023 16:33 Hadisə A A

ABŞ-ın Kaliforniya ştatında yaşayan 46 yaşlı dermatoloq Yue "Emily" Yu ərini zəhərləməyə cəhddə ittiham edilib.

Musavat.com xəbər verir ki, "Orange County" prokurorluğundan verilən məlumata görə, qadın ərinin mətbəxə yerləşdirdiyi gizli kamera sayəsində cinayət başında yaxalanıb.

Qadının əri, rentgenoloq Cek Çen 2022-ci ilin aprelində xəstələnəndə həyat yoldaşından şübhələnməyə başlayıb.

Kocasının çayına zehir katan kadın suçüstü yakalandı Gizli kamera görüntüleri mahkemede...

"Mən limonadımda kimyəvi dad hiss etməyə başladım" deyən kişi həkimə gedib. Ona mədə xorası və yemək borusu iltihabı diaqnozu qoyulub. Xəstəliyinin içkisindəki qəribə dadla bağlı olub-olmadığını öyrənməyə çalışan kişi arvadının xəbəri olmadan mətbəxə gizli kameralar yerləşdirib. Kamera görüntüləri dəhşətli həqiqəti üzə çıxarıb. Arvadı kişinin içkilərinə kanalizasiya təmizləyən mayelər tökürmüş.

Arvadının ona hazırladığı çaydan nümunələr götürüb analiz etdirən kişi həyat yoldaşına qarşı cinayət işi qaldırıb. Daha sonra Yue avqustun 18-də həbs edilib.

Kocasının çayına zehir katan kadın suçüstü yakalandı Gizli kamera görüntüleri mahkemede...

Çen məhkəməyə təqdim etdiyi dəlillərlə 10 illik həyat yoldaşının onu 3 dəfə zəhərləməyə çalışdığını iddia edib.

11 və 18 iyul tarixli kadrlarda qadının ərinin içkisinə kimyəvi maddə qatdığı açıq-aydın görünür.

46 yaşlı dermatoloqun vəkili Skott Simmons cütlüyün boşanma prosesində olduğunu bildirərək ittihamları rədd edib. Vəkil onu da bildirib ki, qadın evdə qarışqa problemini həll etmək üçün "Drano" adlı kimyəvi maddədən istifadə edib.

Kocasının çayına zehir katan kadın suçüstü yakalandı Gizli kamera görüntüleri mahkemede...

Ailədaxili zorakılıqda ittiham olunan qadının ilk işinə aprelin 18-də baxılacaq. Məhkəmə ekspertizanın nəticələrindən sonra qadının günahkar olduğunu müəyyən edərsə, Yu 8 il həbs cəzası ala bilər. Cütlüyün iki övladının vəlayəti də məhkəmənin nəticəsinə görə müəyyənləşəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR