İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərinin amansızlıqla öldürdüyü Əminə Bulud cinayətinə məşhurlardan sonra nazirlikdən də reaksiya gəlib - FOTO-VİDEO

2884 23.08.2019 16:35 Hadisə A A

Sosial media fenomenləri və incəsənət adamları ötən gün əri tərəfindən azyaşlı uşağının gözü qarşısında boğazı kəsilərək öldürülən Əminə Bulud cinayətinə biganə qalmayıblar.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Kırıkkale bölgəsində yaşanıb.

43 yaşlı Fədai Baran 4 il əvvəl ayrıldığı 38 yaşlı Əminə Bulud və qızı ilə kafedə görüşüb. Bir müddət sonra aralarında mübahisə düşüb və Baran cibindən çıxardığı bıçaqla azyaşlı qızının gözü qarşısında Əminə Buludun boğazını kəsərək hadisə yerindən uzaqlaşıb.

Ətrafdakılar tərəfindən xəstəxanaya aparılan qadın oradaca həyatını itirib.

Sosial mediada geniş səs-küy yaradan cinayət günün ən çox müzakirə olunan hadisəsinə çevrilib.

Ayrıldığı yoldaşını öldürən Fədai Baran polisə verdiyi ifadədə onu təhqir etdiyi üçün Əminə Buludu bıçaqladığını bildirib.

Təhlükəsizlik kamerasına düşən görüntülərdən sonra bir çox məşhur hadisəyə kəskin münasibətini bildirib.

Hadisənin böyük rezonans doğurması Ailə, Çalışma və Sosial Xidmətlər Nazirliyini də hərəkətə keçirib.

Nazirlikdən verilən açıqlamada Əminə Buludun qızının nazirliyin himayəsinə götürüldüyü və pisixoloq nəzarətində olduğu bildirilib. Nazirlik həmçinin cinayəti törədənin də ən ağır cəza alması üçün əllərindən gələni edəcəklərini açıqlayıb.

Musavat.com

 

99ь.PNG (23 KB)

88ь.PNG (72 KB)

55ь.PNG (354 KB)

00ь.PNG (26 KB)

11ь.PNG (27 KB)

33ь.PNG (26 KB)

66ь.PNG (14 KB)

43ь.PNG (79 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR