İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərinin 4-cü arvadını döyən xalq artistinin kimliyi açıqlandı (FOTO+DOSYE)

2195 01.11.2018 23:34 Şou-biznes A A

ATV-də yayımlanan "BizimləSən" verilişində Şəmxsiyyə adlı xanımın xalq artisti tərəfindən döyülməsi günlərdir müzakirə mövzusudur.

BAKU.WS-in məlumatına görə, bu gün sözügedən verilişdə həmin xalq artistinin adı açıqlanıb.

Belə ki, Şəmsiyyə xanım xalq artistinə "Qərinə Kərimova" deyərək müraciət edib.


Qərinə Kərimova kimdir?

Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olub.

Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirib. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin qalibi və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli və klassik opera tamaşalarında aparıcı partiyaları ifa edir.

2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış edib. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə – Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil edib.

Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülüb. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülmüşdür. Əksər rəsmi dövlət tədbirləri və ziyafətlərdə çıxış edir. Prezident mükafatçısıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR